“S.İ.G.N LTD” MMC
Biz, “S.İ.G.N LTD” MMC Azərbaycanda neft və qaz sektoru, dəniz layihələndirmə, ümumi sənaye sahələrinə uyğun olaraq ətraf mühitin qorunması və fərdi mühafizə vasitələrini təklif edirik.
Şirkətimiz, bizə həvalə edilmiş layihəni uğurla başaçatdırmaq üçün bir sıra yerli və beynəlxalq şirkətlərlə tərəfdaşlıq edir. İdxal etdiyimiz beynəlxalq standartlara cavab verən işçi geyimləri, işçi ayaqqabıları, fərdi qorunma və ətraf mühitin qorunması vasitələri müştərilərimizin tələblərini layiqincə təmin etməyə imkan verir.
Əsas missiyamız – Azərbaycanda neft-qaz, inşaat, ümumi sənaye sahəsində çalışan şirkətləri keyfiyyətli və sərfəli avadanlıqlarla təchiz etməkdir.
Münasib qiymətlərlə yüksək keyfiyyət işimizin əsas prinsipidir.
Şirkətimizin 5 illik Yubiley Tədbiri
Oktyabrın 9-u, 2024-cü il tarixində, şirkətimizin 5 illik yubileyi münasibətilə Abşeron Marriott Hotel-də xüsusi və əlamətdar bir tədbir təşkil etdik.








